BMT-də sürpriz görüş: Aİ liderləri Şara ilə bir arada


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Antonio Kosta Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası çərçivəsində Suriya prezidenti Əhməd Şaraa ilə görüşüb.

Turkustan.az xəbər verir ki, Von der Leyen və Kosta eyni mesajı Amerikanın X şirkətinin sosial media platformasında paylaşaraq, BMT-nin 80-ci Baş Assambleyasına qatıldıqları Nyu Yorkda Sharaa ilə yaxşı görüş keçirdiklərini açıqlayıblar.

Kosta və fon der Leyen görüş zamanı Suriyanın keçid prosesində üzləşdiyi çətinlikləri müzakirə etdiklərini və Aİ-nin “zərərli xarici müdaxilələrdən azad, əhatəli, dinc və Suriyanın rəhbərlik etdiyi keçid prosesini” dəstəklədiyini qeyd ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ