Avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK – Bu qaydada HESABLANACAQ


Prezident İlham Əliyevin Fərmanı ilə yeni yaradılacaq “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun vəsatindən Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində sıxılmış təbii qaz, elektrik mühərriki ilə təchiz edilmiş və nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya veriləcək.

Bəs proses necə həyata keçiriləcək? Hansı yeniliklər olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyir ki, bu əslində brutto müqaviləsidir:

“Brutto müqaviləsi sistemi əsasən daşıyıcı şirkətlərə aiddir. Elə marşurut xətləri var ki, orada sərnişin sayı azdır. Bu da daşıyıcı şirkətlərə sərf eləmir. Bəzi saatlarda sərnişinlər az olduğundan avtobuslar yarımboş hərəkət edir. Bu da təbii ki, maya dəyərin şişməsinə səbəb olur. Ona görə də belə xətlərdə işləmək daşıyıcı şirkətlərə sərf eləmir.

İndi isə planlaşdırılır ki, daşımalar məsafəyə görə ödəniş sisteminə keçsin.

Belə olacağı təqdirdə yaxın məsafəyə gedən daha az vəsait ödəyəcək, daha uzaq məsafəyə gedən isə bir qədər çox gedişhaqqı ödəyəcək. Bundan toplanan vəsait burutto müqaviləsinə əsasən yeni yaradılacaq Fondda toplanacaq. Daha sonra isə daşıyıcı şirkətə sərnişin daşıdığına görə yox, getdiyi məsafəyə görə ödəniş olacaq. Bu da daşıyıcı şirkətlərdə marağın oyanmasına xidmət edəcək”.


MANŞET XƏBƏRLƏRİ