Makron Trampla görüşdü: Fələstini tanımağınız HƏMAS üçün mükafatdır!


ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron görüşüb.

Turkustan.az xəbər verir ki, Makron bildirib ki, 11 ölkənin Fələstin dövlətini tanıması böyük bir dəyişikliyə işarədir. Bununla belə, Tramp Fələstin dövlətinin tanınmasının HƏMAS üçün bir mükafat olduğu iddiasını təkrarlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası üçün Nyu Yorkda səfərdə olan Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla görüşüb.

Hər iki şəxs Fələstinin bir çox dövlət tərəfindən tanınması və Qəzzada humanitar vəziyyətlə bağlı açıqlamalar verib.

Emmanuel Makron Fələstin dövlətinin 11 ölkə tərəfindən tanınmasını böyük dəyişiklik kimi dəyərləndirərək, HƏMAS-ın ilk gündən eyni sayda döyüşçüyə sahib olduğunu və İsrailin hücumlarının heç nəyi dəyişmədiyini qeyd edib.

Donald Tramp isə günortadan sonra Qəzza ilə bağlı çox əhəmiyyətli bir toplantı olacağını ifadə edərək, Fələstin dövlətinin tanınmasının HƏMAS-a verilən bir mükafat olduğunu iddia edib.

ABŞ prezidenti HƏMAS-ın əlində olan bütün məhbusları geri qaytaracaqlarını və müharibəni bitirəcəklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ