İslam Avropanı məhv edir, sərhədi bağlayın! – Tramp


ABŞ Prezidenti Donald Tramp qeyd edib ki, London “şəriət qanunlarına keçmək istəyir”.

Turkustan.az BBC-yə istinadla xəbər verir ki, ABŞ lideri Birləşmiş Millətlər Təşkilatında (BMT) çıxışı zamanı bu barədə danışıb.

Belə ki, Tramp çıxışında London meri Sadiq Xanı hədəf alıb.

“Mən Londona baxıram – dəhşətli meri var. Şəhər dəyişib, tamamilə dəyişib. İndi isə onlar şəriət qanunlarına keçmək istəyirlər. Amma siz başqa ölkədəsiniz, bunu edə bilməzsiniz”, – deyə o bildirib.

Bundan əlavə, ABŞ Prezidenti vurğulayıb ki, nəzarətsiz immiqrasiya və iqlim dəyişikliyi ilə mübarizə Avropanı məhv edir.

“Açıq sərhədlərlə uğursuz təcrübəyə son qoymağın vaxtıdır. Sizin ölkələriniz cəhənnəmə gedir”./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ