ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna siyasətində kəskin dönüşü, Ukraynaya dəstək mövqeyinə keçməsi və Rusiyanı “kağız pələng” kimi qələmə verməsi Moskvada rezonans doğurub.
Turkustan.az xəbər verir ki, Trampın Rusiyanı “kağız pələng” kimi qələmə verdiyi şərhinə gəlincə, Kreml Rusiyanın pələng deyil, ayı olduğunu və “kağız ayı deyilən bir şeyin olmadığını” bildirib.
Peskov həmçinin bildirib ki, Putin Trampın Ukrayna münaqişəsinin həlli üzrə səylərini qiymətləndirir.
Trampın iş adamı olduğunu və dünyanı ABŞ-ın bahalı enerjisini dünyaya satmağa sövq etdiyini bildirən Kreml “Rusiya ordusu irəliləyir, cəbhə xətti aydındır” açıqlaması verib.
Diplomatik tarixə "qalmaqal" kimi keçən Oval kabinetdə Tramp-Zelenski debatı zamanı Tramp ukraynalı həmkarına "Sizin heç bir təsir rıçaqınız yoxdur. Rusiyaya müharibədə qalib gələ bilməzsiniz" deyib. O, həmçinin açıq şəkildə bildirib ki, Macarıstan lideri Orbandan Ukraynanın Rusiyanı müharibədə məğlub edə biləcəyini soruşduqda, Orbandan istehzalı “Əlbəttə yox” cavabı alıb. Dünən Tramp bəyan edib ki, o, Ukraynanın müharibədə qalib gəlmək üçün uyğun mövqedə olduğuna inanır.
Aytən Yaşar/ Turkustan.az