Qəzzadakı Həmas lideri Xəlil əl-Həyyanın İsrailin Qətərin paytaxtı Dohaya hücumu nəticəsində həlak olan oğlu və ölən digərləri üçün o cümlədən, Hemmam əl-Hayya üçün cənazə namazı qıldığı bildirilib.
Turkustan.az xəbər verir ki, cənazə namazının Qətərdə xüsusi təhlükəsizlik tədbirlərinə riayət olunaraq qılındığı bildirilmiş, lakin bunun qiyabi cənazə namazı olub-olmadığı və ya əl-Həyyanın sentyabrın 11-də keçirilən dəfn mərasimində iştirak edib-etmədiyi barədə məlumat verilməyib.
Bildirək ki, sentyabrın 9-da İsrailin Qətərdə HƏMAS-ın danışıqlar qrupuna hücumu nəticəsində HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyanın oğlu 4 Həmas üzvü və bir Qətər polisi ilə birlikdə həlak olub. Sentyabrın 11-də paytaxt Dohada baş verən hücumda həlak olanlar üçün dəfn mərasimi keçirilib.
Aytən Yaşar/ Turkustan.az