ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) prezident Donald Trampa yaxınlığı ilə tanınan respublikaçı mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin yeni təhlükəsizlik kamerası görüntülərini ictimaiyyətə təqdim edib.
Turkustan.az xəbər verir ki, mətbuat konfransında nümayiş etdirilən videoda şübhəlinin bir binanın damından qaçaraq kənara dırmaşdığı, daha sonra dayanacaq ərazisindən keçərək hərəkətli küçəyə doğru uzaqlaşdığı görünür.
Yuta ştatının İctimai Təhlükəsizlik Departamentinin komissarı Beau Mason bildirib ki, şübhəli hadisə zamanı binanın kənarında əl izi buraxıb:
“DNT nümunələri götürməyi planlaşdırdığımız bəzi yerlərdə ləkələr var. Həmçinin şübhəlinin tennis ayaqqabısı geyindiyini göstərən açıq-aşkar ayaqqabı izləri qeydə alınıb”, – deyə, Mason qeyd edib.
Aytən Yaşar/ Turkustan.az