Von der Leyen: Döyüş xətləri çəkilir, Avropa hərəkətə keçməlidir


Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropanın təhlükəsizliyi ilə bağlı mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, cari hadisələrə toxunan Von der Leyen bildirib: “Nostalji üçün nə zaman, nə də məkan var. Gücə əsaslanan yeni dünya nizamı formalaşır və bu nizamda döyüş xətləri çəkilir.”

O, Avropanın bu proseslərə qarşı tədbir görməsinin vacibliyini vurğulayaraq əlavə edib: “Yeni bir Avropa meydana çıxmalıdır.”

Avropa Komissiyasının sədri həmçinin qeyd edib: “Bu, Avropanın müstəqillik anı olmalıdır. Hesab edirəm ki, bu, bizim birliyimizin – Avropa İttifaqının – əsas missiyasıdır.”

Ursula fon der Leyen Şərqi Avropanın güclənməsinin vacibliyinə də diqqət çəkib: “Baltikyanı dostlarımızın çağırışlarına qulaq asmalı və pilotsuz uçuş aparatlarına qarşı müdafiə divarı qurmalıyıq. Bu, sadəcə nəzəri bir arzu deyil, etibarlı müdafiənin təməl daşını təşkil edir.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ