Venesuela: ABŞ Karib dənizində görünməmiş hərbi səfərbərlik həyata keçirir


Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Karib hövzəsində misli görünməmiş hərbi fəaliyyət göstərdiyini bəyan edib.

Turkustan.az xəbər verir ki, Rusiyanın RT kanalına danışan Maduro ABŞ-ın Karib hövzəsində, Venesuelaya yaxın sularda səkkiz döyüş gəmisi yerləşdirdiyini və bunun misli görünməmiş bir addım olduğunu söylədi.

Maduro: "Karib hövzəsində misli görünməmiş hərbi fəallıq var. Nüvə sualtı qayıqları yerləşdirilib və bizi hədəfə alan 1200 raket var. Pentaqonun rəhbəri Puerto-Rikoya gəlib. Puerto Riko qubernatoru bu plana Puerto Rikoya qarşı əməliyyatlar üçün bölgədə hərbi bazanın olduğunu bildirib."

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın dünyada siyasi, iqtisadi, mədəni və hərbi hegemonluq qurmaq məqsədilə müharibə planı hazırladığını iddia edib. O, bu planın artıq gerçəkləşməsinin mümkün olmadığını bildirib:

“ABŞ-ın bu planı həyata keçirməsi qeyri-mümkündür. Çünki çoxqütblü dünyanın reallığı artıq formalaşıb,” – deyə Maduro vurğulayıb.

Maduro Vaşinqton administrasiyasının Venesuela xalqını Cənubi Amerikada müharibəyə sürükləməyə çalışdığını və əsas hədəfin Venesuelanın nefti və qızıl resursları olduğunu deyib.

O, həmçinin Papa Fransisklə keçirdiyi söhbəti xatırladaraq bildirib:

“Papa bunu iki ildən artıqdır ki, deyir: ‘Mən demirəm ki, üçüncü dünya müharibəsinə doğru gedirik, üçüncü dünya müharibəsi artıq başlayıb’. Mən də belə düşünürəm.”

Venesuela lideri ABŞ-ı narkotik ticarətini idarə etməkdə ittiham edərək, əsl mafiyaların və narkotik kartellərinin ABŞ-da yerləşdiyini iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ