Makrondan gözlənilməz təyinat: Baş nazir postuna onu təyin etdi


Fransa prezidenti Emmanuel Makron devrilmiş Fransua Bayru hökumətində müdafiə naziri vəzifəsində çalışmış Sebastien Lecornunu baş nazir təyin edib.

Turkustan.az xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamada Makronun Lekornunu yeni baş nazir təyin etdiyi bildirilib.

Açıqlamada bildirilir ki, Makron Lekornuya ölkə büdcəsinin qəbulu və qarşıdakı ayların qərarları üçün lazımı razılaşmaların qurulması üçün Parlamentdə təmsil olunan bütün siyasi qüvvələrlə görüşməyi tapşırıb.

Məsləhətləşmələrdən sonra Lekornudan yeni hökumətin adlarını Makrona təqdim etməsinin istəndiyi vurğulanan bəyanatda “Baş nazirin hərəkətlərində müstəqilliyimizi və gücümüzü qorumaq, Fransa xalqına xidmət etmək, ölkənin birliyi üçün siyasi və institusional sabitliyin təmin edilməsi prinsipləri rəhbər tutulacaq” ifadəsi yer alıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ