İsrail hücuma keçdi: Atəşkəs yenidən pozuldu - Ölənlər var


İsrailin Livana hücumları nəticəsində 5 nəfər həyatını itirib.

Turkustan.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA İsrail ordusunun Livanın Bekaa vadisi və Hirmil kənd ərazisinə hücum etdiyini bildirib.

Livanın Səhiyyə Nazirliyi bildirib ki, ilkin məlumatlara görə, İsrailin hücumları nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

İsrail ordusuna məxsus pilotsuz təyyarənin Livanın cənubundakı Meys əl-Cəbəl qəsəbəsinə səs bombası atması nəticəsində bir nəfər yaralanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ