Qüds yaxınlığında silahlı insident: 6 ölü, 11 yaralı


İsrailin təcili yardım xidməti Qüdsün kənarında atışma nəticəsində 6 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını bildirib.

Turkustan.az xəbər verir ki, İsrail polisi hücum edənlərin öldürüldüyünü bildirib. Hələlik atışmanın kim tərəfindən törədildiyi və ya motivin nə olduğu açıqlanmır.

İsrail polisi hücum edənləri "terrorçular" adlandırsa da, nə qədər silahlının iştirak etdiyini dəqiqləşdirməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ