Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə çatıb.
Turkustan.az report-a istinadən xəbər verir ki, Xanyurdu kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xanyurdu kəndinə 46 nəfərdən ibarət 15 ailə köçürülüb.