“Rusiya dövlətin təhlükəsizliyi diplomatik vasitələrlə təmin olunana qədər xüsusi hərbi əməliyyatı (Ukraynada müharibə və işğalı – red.) davam etdirəcək”.
Turkustan.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
“Rusiya dövlətinin başçısının dəfələrlə səsləndirdiyi kimi, təhlükəsizliyimizi siyasi-diplomatik üsullarla təmin etmək daha məqsədəuyğundur. Bu, Qərb ölkələri və Ukraynanın mövqeyinə görə mümkün deyilsə, o zaman Rusiya xüsusi hərbi əməliyyatı davam etdirəcək. Heç bir sanksiyalar buna mane ola bilməz”, - Peskov qeyd edib./teleqraf