İsrailin baş naziri Binyamin Netanyahu Qəzzaya hücumlarla bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Qəzza xalqına xitabən Netanyahu “Oradan çıxın” deyərək, 50 binanı dağıtdıqlarını və bunun hücumların başlanğıcı olduğunu bildirib.
O, Qəzza şəhərinə hücumlarını gücləndirəcəklərinə işarə edib.
Qəzzada yaşayan fələstinlilərə xitabən Netanyahu, "Qəzza xalqı, diqqətlə qulaq asın. Sizi xəbərdar etdik. Gedin" deyib.
İsrailin baş naziri İsrail ordusunun Qəzza şəhərinə qurudan hücuma hazırlaşdığını və Qəzza şəhəri ətrafında toplaşmanın ilkin hazırlıq olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az