Tokayev: “İlham Əliyevin Astanaya səfəri hazırlanır”


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfərinin hazırlandığını bildirib.
Turkustan.az xəbər verir ki, Tokayev bu gün Qazaxıstan xalqına müraciətində bu barədə məlumat verib.

"İlin sonunda Rusiya və Özbəkistana rəsmi səfərlərim olacaq. Həmçinin Azərbaycan, Ermənistan, Türkmənistan rəhbərlərinin Astanaya səfərləri hazırlanır, bir sıra Asiya, Avropa, Afrika ölkələrinin başçıları ilə görüşlər və danışıqlar planlaşdırılıb", - deyə Qazaxıstan Prezidenti bildirib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ