Rəsmi gəliri olmayanlara ŞAD XƏBƏR: Banklardan kredit götürə biləcəksiniz...


Rəsmi gəliri olmayan, lakin faktiki ödəmə qabiliyyətinə malik şəxslərin kreditə çıxış imkanlarının genişləndirilməsi məsələsi gündəmdədir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu kateqoriyaya aid şəxslər əmlaklarını girov qoymaqla kredit əldə edə bilərlər:

“Ümumiyyətlə, əmlakı varsa, girov qoyub kredit götürmək mümkündür. Gəliri yoxdur, lakin ödəniş qabiliyyəti var. Bu, o deməkdir ki, əmlakı var. Ən azı bankdan götürə bilməsə də, bank olmayan kredit təşkilatından vəsait əldə etməsi mümkündür. Bəzən banklar da belə hallarda kredit verir. Şəxsin girovu olub-olmadığına baxırlar və kredit verirlər”.

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın təlimatında göstərilib ki, girov kreditinin ödənilməsinin yeganə mənbəyi olmamalıdır. Bu səbəbdən, gəliri olmayan, lakin yalnız əmlaka sahib şəxslər üçün kredit götürməkdə məhdudiyyətlər yaranır.

Ə.Həsənov hesab edir ki,sözügedən istiqamətdə müəyyən yumşaldılmalara ehtiyac var:

“Əgər əmlakın qiyməti götürülən kreditdən bir neçə dəfə çoxdursa, niyə də kredit verilməsin? Bu halda Mərkəzi Bank qaydalarda dəyişiklik etsə, həmin şəxslərin də kredit imkanları genişlənə bilər”.


MANŞET XƏBƏRLƏRİ