Macarıstanın baş naziri Viktor Orban Ukraynanın üç hissəyə bölünəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, “Magyar Nemzet” qəzetinin məlumatına görə, Orban Kötcse qəsəbəsindəki çıxışında beynəlxalq məsələlərlə bağlı açıqlamalar verib.
Orban ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəldiyini və Avropa Birliyinin (AB) zəif olaraq qaldığını qəbul edərək yeni strategiya tətbiq etdiyini bildirib.
Ukraynanın taleyinin bəlli olduğunu və parçalanmağa başladığını bildirən Orban: "Rusiyanın nəzarətində olan bölgə artıq mövcuddur və bugünkü müzakirə yalnız bu bölgənin neçə vilayətin daxil olması ilə bağlıdır" dedi.
O, iddia edib ki, Ukrayna üç hissəyə bölünəcək: Rusiyanın nəzarətində olan bölgə, hərbisizləşdirilmiş zona və Qərb bölgəsi.
AB-nin də “parçalanma prosesi” içində olduğunu ifadə edən Orban, “Əsaslı bir dəyişiklik olmadıqca bu, AB-nin son büdcəsi olacaq” deyə, bildirib.
Aytən Yaşae/ Turkustan.az