Bu ölkə İsrailə qarşı hərəkətə keçdi: silah, yanacaq və...


İspaniyanın baş naziri Pedro Sançes Qəzzada törətdiyi soyqırımlara görə İsrailə qarşı 9 maddəlik sanksiya tədbiri elan edib.

Turkustan.az xəbər verir ki,Madrid hökuməti İsrailə silah embarqosu tətbiq edib. Bundan əlavə, İsrail ordusuna yanacaq və ya təchizat aparan bütün avtomobillərin İspaniyaya girişi qadağan ediləcək.

Sançes Madriddəki Baş Nazirlik binasında (Moncloa) heç bir sual vermədən İsrailə qarşı görülən tədbirləri açıqlayıb.

"İsrailin Qəzzada etdiyi şey müdafiə deyil, müdafiəsiz bir əhalinin məhv edilməsidir" deyən Sançez: "İspaniya olaraq İsrailin hücumlarını təkbaşına dayandıra bilmərik. Bizim atom bombalarımız, təyyarə gəmilərimiz və ya böyük neft yataqlarımız yoxdur, lakin bu, İsraili dayandırmaq cəhdlərini dayandıracağımız anlamına gəlmir" dedi.

Birləşmiş Millətlər Təşkilatının (BMT) qeydlərinə görə, İsrailin son iki ildə Qəzza və İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlarda 63 mindən çox insanı öldürdüyünü, 15 min 900-dən çox insanın yaralandığını, 250 min insanın aclığa səbəb olduğunu və yarısı azyaşlı olan təxminən 2 milyon insanı köçkün vəziyyətinə saldığını xatırladan Sançes bir dəfə daha çox diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ