Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-i saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın, 1 kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Turkustan.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir.
Vəziyyətləri orta ağır qiymətləndirilir.
xxx
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Turkustan.az xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox xəsarət alan var. Yaralılar xəstəxanaya çatdırılıb.
Fatkla bağlı araşdırma aparılır. ("Report")