Teslanın CEO-su, planetin ən zəngin adamı İlon Mask şirkətin direktorlar şurası CEO-nun yeni böyük təzminat paketini təsdiqləsə, dünyanın ilk trilyonçusu ola bilər.
Turkustan.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb .
Təklif edilən paket yaxın illərdə şirkətin bazar dəyərinin əhəmiyyətli dərəcədə artacağı təqdirdə Maskın əlavə 423,7 milyon Tesla səhmini alacağını nəzərdə tutur.
Tesla-nın ümumi səhm dəyəri hazırda 1,1 trilyon dollardır. Əgər şirkətin dəyəri 8,5 trilyon dollara çatarsa, Maskın bu paketin bir hissəsi olaraq ala biləcəyi 423,7 milyon səhm təxminən 1 trilyon dollar dəyərində olacaq.
Bildirək ki, Mask hazırda Tesla-nın 410 milyon səhminə sahibdir.
Bloomberg Milyarderlər İndeksinə görə, Maskın ümumi sərvəti 386 milyard dollar olaraq qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az