Təxliyə planı: İki güc yeni əməkdaşlıq yoluna girdi


Yaponiya və Avstraliya fövqəladə hallarda üçüncü ölkələrdən vətəndaşların təxliyəsi üçün müdafiə əlaqələrini gücləndirmək və əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Turkustan.az xəbər verir ki, Kyodo News-un məlumatına görə, Yaponiyanın xarici işlər naziri İvaya Takeşi və müdafiə naziri Nakatani Gen paytaxt Tokioda 12-ci “2+2” formatı danışıqları çərçivəsində Avstraliyanın xarici işlər naziri Penni Vonq və müdafiə naziri Riçard Marles ilə görüşüb.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında iki ölkənin müdafiə avadanlığı və kiberməkanda təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması barədə razılığa gəldiyi qeyd edilib.

Yığıncaqda Yaponiyanın Moqami sinifli freqatlarının Avstraliya donanmasına daxil edilməsi alqışlandı və Avstraliya Müdafiə Naziri Marle bu qərarın ölkəsi üçün ən yaxşı və ən sərfəli həll olduğunu bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ