Tramp inkar etdi: Əsgərlərimiz bu ölkədə qalmağa davam edəcək!


ABŞ Prezidenti Donald Tramp Polşada yerləşən təxminən 10 min amerikalı əsgərin xidmətini davam etdirəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp bu açıqlamanı Ağ Evdə Polşa Prezidenti Karol Nawrocki ilə görüşü zamanı Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən verib.

ABŞ və Polşa arasında münasibətlərin əla olduğunu vurğulayan Tramp Polşanın NATO-nun tələb etdiyi müdafiə xərclərindən daha çox vəsait ayıran iki NATO ölkəsindən biri olduğunu bildirib.

Amerika əsgərlərinin Polşada qalmağa davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Tramp deyib: “Bəli, məncə qalacaqlar. Əgər Polşa istəsə, ora əlavə əsgərlər də göndərə bilərik. Polşa ilə çox yaxşı anlaşırıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ