“The New York Times” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Fələstin pasportu sahibləri üçün qeyri-immiqrasiya vizalarının təsdiqini dayandırıb.
Turkustan.az xəbər verir ki, “New York Times” qəzetinin məsələdən xəbəri olan 4 ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Qəzzalılar üçün bütün ziyarət vizalarının dayandırıldığını elan edən ABŞ rəhbərliyi bununla bağlı daha bir addım atıb.
ABŞ Dövlət Departamenti avqustun 18-də bütün səfirliklərinə İordan çayının qərb sahilindən və Fələstin diasporasından olan şəxslər üçün qeyri-immiqrasiya vizalarının rəsmiləşdirilməsinin dayandırılmasını əmr edən memorandum yayımlayıb.
Bu addım, müalicə, universitet təhsili, səfərlər və işgüzar səfərlər kimi məqsədlər üçün ABŞ-a gəlmək üçün Fələstin vizası sahiblərinə verilən vizalara təsir edir.
Aytən Yaşar/ Turkustan.az