Fransa Fələstini tanıdıqdan sonra Ramallahda səfirlik açacaq


Fələstin dövlətini tanıdıqdan sonra Fransa hökumətinin işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərində səfirlik açmağı düşündüyü bildirilir.

Turkustan.az xəbər verir ki, İsrailin Kanal 12 televiziyasına danışan Fransa prezidenti Emmanuel Makronun İsrail-Fələstin üzrə xüsusi nümayəndəsi Ofer Bronxteyn Parisin Fələstin dövlətini tanımaq planını dəyərləndirib.

Müstəqil Fələstin dövləti olsaydı, oktyabrın 7-nin baş tutmayacağını şərh edən Brochtein Fələstin dövlətinin İsrailin maraqlarına uyğun olduğunu qiymətləndirib.

Bronxteyn İsrailin Qəzzanı işğal etmək planına da toxunaraq Parisin bunun qarşısını almağa çalışdığını qeyd edib.

Makronun nümayəndəsi iddia edib ki, İsrail Qəzza şəhərini işğal etsə, “beynəlxalq ictimaiyyətin güclü müqaviməti ilə üzləşəcək”.

Fransa prezidenti Makron iyulun 24-də verdiyi açıqlamada Fələstin dövlətini tanımaq qərarına gəldiyini və sentyabrda keçiriləcək BMT Baş Assambleyasında bununla bağlı rəsmi açıqlama verəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ