Suriya Türkiyədən idxal edilən 20 məhsula qadağa qoyub.
Turkustan.az xəbər verir ki, dondurulmuş toyuq əti, pomidor, üzüm, yumurta, alma, kartof, əncir, albalı, bibər daxil olmaqla ümumilikdə 20 məhsulun idxalı qeyri-müəyyən müddətə dayandırılıb.
Yerli istehsalçıları qorumaq məqsədi daşıyan bu qərarın Türkiyədə ixrac itkiləri ilə nəticələnəcəyi və istehsalçıları yeni bazarlar axtarmağa məcbur edəcəyi gözlənilir.
Aytən/Turkustan.az