Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak müharibənin mümkün gedişatı ilə bağlı səs-küylü açıqlama verib.
Turkustan.az xəbər verir ki, Podolyak Ukraynanın münaqişənin “dondurulması” ssenarisini istisna etmədiyini bildirib.
Onun sözlərinə görə, bu halda cəbhə xətti olduğu kimi qalacaq, Rusiya tərəfindən işğal olunmuş ərazilər de-fakto Moskvanın nəzarətində, de-yure isə Ukraynanın tərkibində hesab ediləcək.
“Daha sonra həmin torpaqların geri qaytarılması iqtisadi, diplomatik və digər vasitələrlə həyata keçiriləcək”, – Podolyak İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində deyib. /Musavat.com/