“Bu gün təhlükəsizlik məsələləri də daxil olmaqla, demək olar ki, bütün məqamlarda razılığa gələcəyik. Düşünürəm ki, danışıqlarımızdan sonra sülh sazişi bağlana bilər”.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüşdən sonra deyib.
ABŞ prezidenti Rusiya Prezidenti Vladimir Putinin Ukrayna üçün təhlükəsizlik təminatları ilə razılaşacağına əminliyini ifadə edib. O qeyd edib ki, avropalıların iştirakı ilə keçiriləcək görüşdə təminatlar çərçivəsində nələrin ediləcəyi, eləcə də ərazilərin mümkün mübadiləsi müəyyən ediləcək.
Zelenski də öz növbəsində Trampla görüşü çox yaxşı adlandırıb və ərazi məsələləri də daxil olmaqla bütün məsələlərdə həll yolunun tapılacağına əmin olduğunu bildirib. /yeniavaz.com/