Netanyahu fələstinlilləri bu ölkədə yerləşdirəcək: İlk görüş başa çatdı


Dünya İsrailin Qəzza zolağında törətdiyi qırğınlara və bölgəni işğal etmək planına reaksiya verməyə davam edərkən, Qəzza xalqının gələcəyi ilə bağlı yeni bir iddia gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, İsrail mediası iddia edib ki, İsrail hökuməti Qəzzada yaşayan fələstinlilərin Cənubi Sudana köçürülməsi üçün Cənubi Sudan hökuməti ilə danışıqlar aparıb.

Məsələdən xəbəri olan müxtəlif mənbələrin danışıqları təsdiqlədiyi bildirilsə də, danışıqların gedişi ilə bağlı heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı İsrail və Cənubi Sudan hökumətlərindən heç bir rəsmi açıqlama verilməyib.

Fələstinlilərin vətəndaş müharibəsi və aclıq riski ilə üzləşdiyi Qəzza zolağından Cənubi Sudana köçürülməsi planı insan haqları ilə bağlı narahatlıqları artırıb. Ekspertlər potensial “məcburi köçürmə” planının beynəlxalq hüququ pozacağı barədə xəbərdarlıq ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ