Zelenski: “Putin Alyaskada Trampı aldatmağa çalışacaq”


Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya lideri Vladimir Putin 15 avqustda Alyaskada ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüşdə amerikalı həmkarını “aldatmağı” planlaşdıra bilər.

Turkustan.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

“Əlbəttə, komandamız ABŞ-la sıx əməkdaşlıq edir. Elə bir gün yoxdur ki, səmimi sülhün təmin edilməsi mövzusunda ünsiyyətimiz olmasın. Biz Rusiyanın Amerikanı aldatmaq niyyətini başa düşürük. Buna imkan verməyəcəyik”, — Zelenski vurğulayıb.

O, həmçinin Trampın Ukraynada münaqişəyə son qoymaq əzmini yüksək qiymətləndirdiyini qeyd edib.

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının elmi-ekspert şurasının üzvü, fövqəladə və səlahiyyətli səfir Aleksandr Yakovenko bildirmişdi ki, Rusiya və ABŞ Ukrayna Prezidentinə federallaşma təklif edə bilərlər.

Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp 15 avqustda Alyaskada danışıqlar aparmaq barədə razılığa gəliblər. Görüşün əsas mövzusu Ukraynada sülhün təmin olunmasıdır. Qərb KİV-lərinin iddialarına görə, müzakirə edilə biləcək təkliflər sırasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzvlükdən imtinası da var./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ