ABŞ-ın Texas ştatında keçən ay baş verən daşqından sonra ərazini araşdıran könüllülər əvvəllər torpaqla örtülmüş dinozavr ayaq izlərini aşkar ediblər.
Turkustan.az xəbər verir ki, mütəxəssislərin fikrincə, izlər 110-115 milyon il əvvələ aiddir.
Ostindəki Texas Universitetinin paleontoloqları deyirlər ki, bu izlərdən bəziləri əvvəllər də müəyyən edilib, lakin bəziləri ilk dəfə sel suları ilə üzə çıxarılıb.
Mütəxəssislər bəzi izlərin Akrokantosaurusa bənzər ikiayaqlı ətyeyən dinozavrlara aid olduğunu düşünürlər.
İzlərin bəzilərinin Texasın simvollarından biri olan 'Paluxysaurus'a bənzər böyük ot yeyən dinozavrlara aid ola biləcəyi düşünülür.
Aytən Yaşar/ Turkustan.az