İsraildən Suriyaya PUA hücumu: Nazirlik hədəf alındı


İsrail Suriyanın cənubundakı Quneytra əyalətində Daxili İşlər Nazirliyinin qərargahına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Turkustan.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, saat 20:06-da İsrailin pilotsuz uçuş aparatları (PUA) Quneytranın Salam rayonundakı Daxili İşlər Nazirliyinin qərargahını hədəfə alıb.

Hücum nəticəsində maddi ziyan dəysə də, itki yoxdur.

Hücumla bağlı Dəməşq administrasiyası və ya İsrail tərəfindən hələlik heç bir rəsmi açıqlama verilməyib.

İsrail PUA-ları Suriya səmasında uçuşlarını davam etdirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ