Qəzza xalqını yardıma icazə verməyərək aclığa məhkum edən İsrailə və ölkəyə silah satmağa davam edən İngiltərəyə qarşı Londonda qazan-qaba ilə etirazlar keçirilib.
Turkustan.az xəbər verir ki, "Fələstin Həmrəyliyi Kampaniyası (PSC)"nin çağırışı ilə İngiltərə baş nazirliyinin yerləşdiyi Downing Street-in girişində keçirilən nümayişə minlərlə insan qatılıb.
Fəallar yardımdan imtina edən, Qəzza xalqını aclığa məhkum edən İsrailə və ölkəyə silah satmaqda davam edən İngiltərəyə etiraz etmək üçün qazan-tava döyüblər.
Böyük Britaniyanın Fələstin dövlətini tanımadığına etiraz edən aksiyaya hakim İşçi Partiyasının keçmiş lideri Ceremi Korbin və “Tac” serialının və “Çərpələng uçuran” filminin aktyoru Xalid Abdalla da qatılıb.
PSC-nin nümayişindən əvvəl "İşğala Qarşı Britaniya Yəhudilərinin Platforması (Na'amod)" Kinq Çarlz küçəsində, Dauninq küçəsinin yanında nümayiş keçirərək, İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Etirazçılar İngiltərə Xarici İşlər Nazirliyinin yerləşdiyi Kral Çarlz küçəsində qazan və tavaları döyərək İngiltərənin Fələstinə qarşı siyasətini tənqid ediblər.
Hər iki qrup qazan və tavalarını Downing Street-in girişində qoyub.
Aytən Yaşar/ Turkustan.az