Hakan Fidan: 40 il daha boşa sərf etməyə vaxtımız yoxdur


Türkiyənin Xarici işlər naziri Hakan Fidan NTV yayımında cari gündəmlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Fidan Suriyadakı son hadisələri qiymətləndirərkən, Suriyanın təhlükəsizliyinin Türkiyənin milli təhlükəsizliyi üçün əhəmiyyətinin mübahisəsiz olduğunu ifadə etdi.

Nazir Fidan Türkiyənin qonşularında baş verən mənfi hadisələrin Türkiyəyə də təsir etdiyinə diqqət çəkərək, Türkiyənin imperiya və hegemon bir yanaşması olmadığını vurğuladı.

Suriyadakı son hadisələri şərh edən xarici işlər naziri İsrailin baş naziri Binyamin Netanyahunun Suriyanın sabitliyinə müsbət baxışının olmadığını bildirib.

Xarici İşlər Naziri “Müdaxilə edəcəyik” açıqlaması ilə bağlı da açıqlama verərək, Suriyadakı son hadisələrlə paralel olaraq ölkənin müxtəlif bölgələrində qruplar halında fəaliyyət gördüklərini ifadə edərək, dövlətdən başqa heç bir qruplaşmanın əlində silah olmamasının lazım olduğunu vurğulayıb.

Fidan ABŞ prezidenti Donald Trampın Ankaraya təyin etdiyi səfir Tom Barakın regionu anlayan unikal baxışa malik olduğunu bildirib.

O, SDQ-nin lazımı qərarı verə bilməməsi halında Suriya hökumətinin müdaxiləsinin ilk addım olacağını, lakin yaxın illərdə Türkiyə üçün heç bir təhlükənin olmasına icazə verilməyəcəyini bildirib. Nazir İraqda belə bir ssenarinin oynanmasına icazə verilməyəcəyini ifadə edərək, "40 ili də boş yerə sərf etməyə səbrimiz yoxdur" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ