HƏMAS-ın Qəzzada atəşkəs təklifinə cavabını vasitəçilərə təqdim etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, fələstinli mənbə "Reuters" agentliyinə atəşkəs təklifinə cavabını təqdim etdiyini, lakin cavabın məzmunu ilə bağlı heç bir açıqlama verilmədiyini bildirib.
Keçmiş İsrail ordusu generalı Yitzhak Brick İsrail ordusunun Qəzza zolağının işğalını genişləndirmək və daimi etmək üçün may ayında başlatdığı "Gideonun arabaları" hücumunun uğursuzluqla nəticələndiyini və HƏMAS-ın Qəzzada məğlub olmayacağını bildirib.
İsrail ordusunun ehtiyat qüvvələrində xidmət edən keçmiş general Brik İsrailin “Maariv” qəzetində dərc olunan məqaləsində Qəzzada işğalı hədəf alan hücumları dəyərləndirib.
Aytən Yaşar/ Turkustan.az