ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının həllində səbri hədsiz deyil.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Tramp Ukrayna böhranının həllinə dair diplomatik səylərə dəstək versə də, bu məsələdə səbrinin sonsuz olmadığını açıq şəkildə göstərib.
Bryusun fikrincə, Trampın Ukraynaya əlavə müdafiə silahları vermək qərarı da onun prinsipial mövqeyinin bariz nümunəsidir:
“O, diplomatik üsullara həmişə nikbin baxsa da, həm də realistdir. Dünya İranla bağlı vəziyyətdə, Rusiyaya qarşı atdığı yeni tədbirlərlə görür ki, prezident, səbirli adam olsa da, məqsədlərinə çatmaq üçün lazım gələrsə, sərt addımlar atmağa da hazırdır”.