ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya ilə sülh sazişi imzalayacağı təqdirdə Ukraynanı ərazi güzəştlərinə məcbur edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə The Daily Telegraph məlumat yayıb.
Onun sözlərinə görə, Ağ Ev açıq şəkildə bildirib ki, Tramp Moskva ilə Kiyev arasında nizamlanmada vasitəçilik etsə, ikincisi çox güman ki, ərazini verməli olacaq. Buna səbəb, nəşrin hesab etdiyi kimi, Rusiya Silahlı Qüvvələrinin LPR, DXR, Xerson və Zaporojya vilayətlərindəki uğurlarıdır.
Eyni zamanda, Ukraynanın avropalı tərəfdaşları Amerika liderinin bu yanaşmasından narahatdırlar, çünki o, Kiyevin razılığı olmadan sazişin bu variantını “itələyə” bilər. Buna görə də Brüssel alternativ plan təklif edə bilər, qəzet belə qənaətə gəlib.
Aytən Yaşar/ Turkustan.az