ABŞ prezidenti Donald Tramp deyib ki, müsəlman namizəd Zohran Mamdani Demokratlar Partiyasının Nyu-York merliyinə keçirilən ilkin seçkilərdə qalib gəlsə, Nyu York heç vaxt əvvəlki kimi olmayacaq.
Turkustan.az xəbər verir ki, Tramp aprelin 30-dan bəri Ağ Evdə kabinet üzvləri ilə keçirdiyi ilk görüşdə gündəmə dair açıqlamalar verib.
“Kommunist lider seçilərsə, Nyu-York heç vaxt əvvəlki kimi olmayacaq” deyən Tramp Mamdanini tənqid etməyə davam etdi.
"Mamdani çox cəfəngiyatdır. O, çox da istedadlı deyil", - Tramp gənc Demokrat namizəd haqqında deyib.
Nyu York seçkilərinə “müdaxilə etmədiyini” vurğulayan Tramp Demokrat seçicilərin “kommunist” kimi təsvir etdiyi Mamdani ilə Nyu-Yorku idarə etməkdən başqa seçimlərinin qalmamasının “fəlakət” olduğunu bildirib.
Tramp bildirib ki, bu vəziyyət “demokratların hara getdiyini” göstərdiyi üçün mühümdür.
Nyu-Yorku geri alacaqlarını bildirən ABŞ prezidenti qeyd edib:
"Bilirsiniz, mən Nyu-Yorku çoxdan sevirəm. Nyu Yorkda çoxlu saxtakarlıq baş verir. Biz Nyu-Yorku düzəltməyə hazırlaşacağıq. Bəlkə də Vaşinqtondan bunu düzəltməli olacağıq. Nyu York üçün nəsə edəcəyik. Bunun nə olduğunu sizə hələ deyə bilmərəm, amma biz Nyu-Yorku yenidən möhtəşəm edəcəyik".
Aytən Yaşar/ Turkustan.az