Fələstinlilər sürgün edilə bilər: Tramp və Netanyahu nə qərar verdi?


İsrail mediası ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu arasında keçirilən görüşdə atəşkəs danışıqları və Qəzzada fələstinlilərin “könüllü köç” adı altında başqa ölkələrə deportasiyasının müzakirə edildiyini iddia edib.

Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın yüksək səviyyəli siyasi mənbələrə istinadən yaydığı məlumata görə, atəşkəs danışıqları gələn həftə bitməyə bilər.

Dohada danışıqların bir həftədən çox davam edə biləcəyini bildirən yüksək səviyyəli siyasi mənbələr danışıqlarda irəliləyiş əldə oluna biləcəyinə və ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahunun yenidən görüşə biləcəyinə inanırlar.
İsrailin yüksək rütbəli siyasi rəsmisi, masadakı atəşkəs layihəsinin İsrailin tələblərinə 80-90 faiz cavab verdiyinə diqqət çəkərək, Netanyahu-Tramp görüşündə atəşkəs danışıqları və Qəzza zolağındakı fələstinlilərin “könüllü köç” adı altında başqa ölkələrə deportasiyasının müzakirə edildiyini bildirib.

Mənbə İsrailin Trampın fələstinlilərin sürgün edilməsinə verdiyi dəstəkdən məmnun olduğunu bildirib və müstəqil Fələstin dövlətinin qurulmasından söhbət gedə bilməz.

ABŞ prezidenti Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun təklifi ilə əvvəlcə 8, sonra isə 2 İsrailli məhbusu azad edəcəyini bildirən başqa bir mənbə, HƏMAS-ın İsraildən Qəzza zolağındakı bütün bölgələrdən çəkilməsini tələb etdiyini və İsrailin Rəfahda qalmaqda israrlı olduğunu qeyd edib.

İsrailin HƏMAS-ın olmadığı, bölgəni başqa bir gücün idarə etdiyi, HƏMAS-ın silahlarını yerə qoyduğu, liderlərinin sürgün edildiyi Qəzza zolağının yaradılmasına çalışdığı iddia edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ