Rusiyadakı dəhşətli partlayışın səbəbi bilindi - 18 yaşlı oğlan görün kafeyə nə ilə gəlib


Rusiyanın Ryazan vilayətindəki kafelərdən birində baş verən partlayışın təfərrüatı məlum olub.

Turkustan.az xəbər verir ki, 18 yaşlı oğlan kafeyə qumbara ilə gəlibmiş. O, əlindəki partlayıcı vasitənin saxta olduğunu düşünüb və onu dostlarına göstərmək istəyib.

"SHOT" "Telegram" kanalı bildirir ki, ehtiyatsız davranış nəticəsində gənc oğlanın əlindəki qumbara partlayıb. Hazırda o, reanimasiyaya yerləşdirilib. Onun dostlarından biri hadisə yerindəcə keçinib, daha iki gənc isə çoxsaylı qəlpə yaraları alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. /publika.az/


MANŞET XƏBƏRLƏRİ