HƏMAS-dan İsrailə sürpriz hücum: Yaşayış məntəqələri hədəf alındı


HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrail əsgərlərini və Qəzzanın cənubundakı Xan Yunus şəhərində Qəzza sərhədindəki yaşayış məntəqələrini hədəf aldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, HƏMAS İsrail ordusunun hədəflərinə hücumlar həyata keçirib. Qəssam Briqadaları verdiyi yazılı açıqlamada Xan Yunisin şimalında Əs-Satr və Karara bölgələrində İsrail hərbi birləşmələrinin minaatanlardan atəşə tutulduğunu qeyd edib.

Açıqlamada Xan Yunisin şərqindəki Nirim və Eyn HaŞloşa yaşayış məntəqələrinin 114 mm-lik qısa mənzilli raketlərlə hədəf alındığı bildirilib.

İsrail ordusu açıqlamasında Qəzzadan atılan raketin İsrail ərazisinə düşdüyünü, lakin itki olmadığını bildirib. İsrailin Kanal 12 Televiziyası raketin qəsəbəyə maddi ziyan vurduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ