Peskov: Putin Trampa deyib ki, Moskva Kiyevlə yeni danışıqların tarixini gözləyir


Rusiya prezidenti Vladimir Putin bir gün əvvəl Amerika lideri Donald Trampla telefon danışığında bildirib ki, Rusiya Kiyev rejimi ilə danışıqların yeni mərhələsinin vaxtını gözləməkdə davam edir.

Turkustan.az xəbər verir ki, söhbətin məzmununu dövlət başçısının mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə deyib.

"Prezident amerikalı həmkarına məlumat verdi ki, biz indi razılaşdırılacaq birbaşa danışıqların üçüncü raundunun tarixlərini gözləyirik", - Kreml sözçüsü bildirib.

İyunun 2-də Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu keçirilib. Onun yekunlarına əsasən tərəflər sülh yolu ilə nizamlanmaya dair memorandum layihələri mübadiləsi aparıb, həmçinin ağır yaralı hərbi əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsinə dair razılığa gəliblər. Moskva 6 minə yaxın həlak olan hərbçinin cəsədini Kiyevə təhvil verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ