Ərdoğan, Tramp, Putin və Zelenski görüşü haqda açıqlama


“Türkiyə, ABŞ, Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etmək üçün son tarix yoxdur”.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti administrasiyasından RİA Novosti-yə bildirilib.

“Ankaranın təşəbbüsü danışıqlar prosesinin gedişindən asılıdır”, -deyə o qeyd edib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Ankaranın əsas məqsədi Ukrayna ilə bağlı rəhbərlik səviyyəsində görüş keçirməkdir və bu barədə ABŞ Prezidenti Donald Trampı məlumatlandırıb. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ