“İsrailin hücumu zamanı qabırğalarım sındı”.
Turkustan.az xəbər verir ki, bu fikirləri İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxani İsrailin hücumundan necə sağ çıxması haqda danışarkən deyib.
O, efirə tənəffüs aparatı ilə gəlib:
“Ətrafdakı binalar dağılanda mən yatırdım, namaz vaxtı idi və təzəcə oyanmağa başladım. Bütün otağım dağıldı və üç saat dağıntılar altında qaldım. Kimsə gələndə ilk şey ayaqlarımı tərpətmək oldu. Mən bunu gördüm, huşum yerində idi. Düşündüm ki, öləcəyəm. Yaşamağa nə qədər vaxtım olduğunu və nə edə biləcəyimi düşündüm”.
/Globalinfo.az