ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya qarşı korrupsiya işini “cadugər ovu” adlandırıb və işə dərhal xitam verilməsini istəyib.
Turkustan.az xəbər verir ki, Tramp Truth Social hesabında mesaj paylaşıb.
Netanyahu ilə birlikdə “cəhənnəmdən” keçdiklərini və İsrailin əzəli düşməni İrana qarşı böyük qələbə qazandıqlarını iddia edən Tramp İsrailin “yaşaması” üçün mübarizə apardıqlarını bildirib.
Netanyahunun “daha yaxşısına” layiq olduğunu iddia edən və İsrail baş naziri üçün tərifli sözlər işlədən Tramp: “Binyamin Netanyahunun işi dərhal ləğv edilməli və ya dövlət üçün bu qədər iş görən böyük qəhrəmana amnistiya verilməlidir” deyib.
Netanyahu kimi onunla heç kimin işləyə bilməyəcəyini də bildirən Tramp: "ABŞ İsraili xilas etdi, indi də ABŞ Benyamin Netanyahunu xilas edəcək. Bu sözdə ədalət rüsvayçılığı qəbuledilməzdir!"
Aytən Yaşar/ Turkustan.az