ABŞ lideri Donald Tramp özünün Truth Social hesabındakı paylaşımında ABŞ mediasında İranın nüvə obyektlərinə edilən hücumun “nüvə obyektlərinə tam təsir göstərmədiyi, işi bir neçə ay gecikdirdiyi” iddiası ilə bağlı xəbərlərə reaksiya verib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti: "Saxta xəbər kanalı CNN, uğursuz New York Times ilə birlikdə tarixin ən uğurlu hərbi hücumlarından birini səmərəsiz etmək üçün birləşdi" dedi.
"İrandakı nüvə obyekti tamamilə dağıdılıb. Həm NY Times, həm də CNN ictimaiyyət tərəfindən sərt şəkildə tənqid olunur", - Tramp ABŞ-ın nüfuzlu media qurumlarını "saxta xəbərlərdə" ittiham edib.
Tramp müxtəlif platformalarda ABŞ-ın B-2 bombardmançı təyyarələri və sualtı qayıqlarının İranın üç nüvə obyektinə hücumundan sonra Tehranın nüvə potensialının “tamamilə məhv edildiyini” elan etmişdi.
Ölkənin bəzi KİV-ləri bunun doğru olmadığını, lakin İranın nüvə işini bir neçə ay geriyə çəkə biləcək təsirin yarana biləcəyini iddia edirdilər.
Aytən Yaşar/ Turkustan.az