İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ABŞ-ın hücumundan sonra nüvə obyektlərindəki vəziyyətlə bağlı açıqlama verib.
Turkustan.az bu barədə İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir.
İslami nüvə iş prosesində hər hansı bir axsamadan qaçmaq üçün planlar qurduqlarını bildirib. Lazımi hazırlıqları gördüklərini bildirən İslami hazırda dəyən ziyanın qiymətləndirilməsini apardıqlarını qeyd edib.
O, təmir hazırlıqlarının əvvəlcədən nəzərdə tutulduğunu bildirib: "Planımız istehsal və xidmət prosesində hər hansı bir fasilənin qarşısını almaqdır". /Musavat.com/
/