Yaxın Şərqdə gərginlik artdıqca, Tramp neftlə bağlı xəbərdarlıq edir


ABŞ-ın İrandakı Fordo, Natanz və İsfahan nüvə obyektlərinə aviazərbələr endirməsindən sonra neft qiymətləri son 5 ayın ən yüksək səviyyəsinə qalxıb.

Turkustan.az xəbər verir ki,İranın Hörmüz boğazının bağlanması ilə bağlı müzakirələri neftin bir barelinin qiymətini 78 dollardan yuxarı qaldırıb. Goldman Sachs neftin qiymətinin 110 dollara çata biləcəyi barədə xəbərdarlıq edib.

Aksiyadan sonra ABŞ prezidenti Donald Tramp özünün sosial media platforması olan Truth Social-da açıqlama verib. Tramp "Hamı neft qiymətlərini endirin, mən sizi izləyirəm. Düşməni gücləndirməyin, bunu etməyin" deyərək OPEC+ ölkələrinə və neft istehsalçılarına çağırış edib.

Truth Social platformasında paylaşım edən Tramp Enerji Nazirliyinə də səslənib. ABŞ prezidenti “Qazın, indi də” dedi.

Fars körfəzinin mənsəbindəki dar bir su yolu olan Hörmüz boğazı Yaxın Şərqdən neft və mayeləşdirilmiş təbii qaz (LNG) hasilatının Oman dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına nəqlini təmin edir.

Dənizlə daşınan xam neftin təxminən üçdə birinin daşınması üçün istifadə edilən bu strateji keçid Yaxın Şərqdəki istehsalçılar, xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün xam neft və kondensatın daşınmasında mühüm rol oynayır. Hörmüz boğazında neft ticarəti də dünya üzrə ümumi neft istehlakının beşdə birini təşkil edir.

Hörmüz boğazından hər gün keçən təxminən 20 milyon barel neft və neft məhsullarının əksəriyyəti Asiya bazarlarına, xüsusən də Çinə çatır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ