Rusiya: İran lideri Xameneinin öldürülməsi “Pandora qutusunu açacaq”


Kremlin sözçüsü Dmitri Peskov deyib ki, İranda rejim dəyişikliyinə məcbur edilməsi qəbuledilməzdir və İran lideri Ayətullah Əli Xamneyinin mümkün sui-qəsdi “Pandora qutusunu açacaq”.

Turkustan.az xəbər verir ki, Sky News-a danışan Peskov İsrailin İrana hücumları ilə başlayan münaqişəni dəyərləndirib.

İsrailin ABŞ-ın köməyi ilə Xamneyiyə sui-qəsd edəcəyi təqdirdə Rusiyanın reaksiyasının çox mənfi olacağını deyən Peskov: "Biz bunu qətiyyən bəyənməzdik. İranda rejim dəyişikliyi ağlasığmazdır. Bu, qəbuledilməz olmalıdır, hətta bu barədə danışmaq hamı üçün qəbuledilməz olmalıdır"-deyə, bildirib.

Xameneinin öldürülməsi halında Rusiyanın hansı addımlar atacağı ilə bağlı heç bir açıqlama verməyən Peskov deyib: "Bu, İran daxilində ekstremist əhval-ruhiyyənin yaranmasına səbəb olacaq və onu öldürmək haqqında danışanlar bunu nəzərə almalıdırlar. Pandoranın qutusunu açacaqlar".

Peskov vəziyyətin son dərəcə gərgin və təkcə region üçün deyil, həm də qlobal miqyasda təhlükəli olduğunu vurğulayaraq, tərəflər arasında münaqişənin genişlənməsinin potensial olaraq onu daha da təhlükəli edəcəyi barədə xəbərdarlıq edib.

O, iki ölkə arasında yaranmış vəziyyətə digər ölkələrin də qarışma ehtimalının bölgədə növbəti münaqişə silsiləsi yaradacağını və bunun da gərginliyin artmasına səbəb olacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ