Zelenski: Rusiya indi İranın nüvə proqramını xilas etməyə çalışır


"Rusiya indi İranın nüvə proqramını xilas etməyə çalışır. Onun ictimai siqnalları və ictimai olmayan fəaliyyəti başqa cür şərh edilə bilməz".

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib. Zelenski gecə paylaşdığı ənənəvi videomüraciətində Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələri dəyərləndirib.

İyunun 17-də Kiyevdə rusların həyata keçirdiyi hava hücumunda zərər görən yaşayış binasına baxış keçirdiyini bildirən Zelenski bu binada 23 nəfərin öldüyünü qeyd edib.

Bunu “terror hücumu” kimi xarakterizə edən Zelenski deyib: “Ruslar Ukraynaya kütləvi hücumu nəticəsində ümumilikdə 30 nəfəri öldürüb, 172 nəfəri yaralayıb”.

Rusiyanın İran və Şimali Koreya ilə əməkdaşlıq etdiyini bildirən Zelenski: "Rusiya indi İranın nüvə proqramını xilas etməyə çalışır. Onun ictimai siqnalları və ictimai olmayan fəaliyyətləri başqa cür şərh edilə bilməz" dedi.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ